“Arsenal” üçün 20 milyonluq müdafiəçi
10.05.2023 - 14:33
“Arsenal” üçün 20 milyonluq müdafiəçi

“Arsenal” yay transfer pəncərəsində yeni müdafiəçi almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu İvan Fresnedanı heyətinə qatmağı planlaşdırır.

“Valyadolid”in arxa xətt oyunçusunun keçidinin 20 milyon avroya reallaşacağı gözlənilir. Fresneda Dortmund “Borussiya”sının da maraq dairəsindədir. 

Qeyd edək ki, cari mövsümdə 22 oyuna çıxan futbolçunun İspaniya təmsilçisi ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0