Millidə itki
16.11.2023 - 10:42
Millidə itki

Fransa millisi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Eduardo Kamavinqa bu ay keçiriləcək oyunlarda yığmaya kömək etməyəcək.

“Real”ın yarımmüdafiəçisi millinin düşərgəsinə zədəli vəziyyətdə qoşulub. Müayinələrdən sonra onun kluba qayıtmasına qərar verilib.

Qeyd edək ki, Fransa yığması AVRO-2024-ün seçmə mərhələsindəki son iki matçında Cəbəllütariq və Yunanıstanla qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0