Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo üzrə milli komanda ilə görüş olub.
Qurumun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziyaçıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar.
Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımı şəraiti yaratdığını vurğulayıb.
Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacağını deyiblər.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollacanaqlar.