Gerd Müllerin abidəsi ucaldırıldı
13.09.2023 - 15:03
Gerd Müllerin abidəsi ucaldırıldı

"Bavariya" daha bir futbolçusunun adını əbədiləşdirib.

Apasport.az saytı xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Allianz Arena”nın yaxınlığında Gerd Müllerin abidəsi ucaldılıb.

Almaniya futbolunun əfsanələri sırasında yer alan Müller Münhen komandasının heyətində (1964-79) 611 matçda 568 qol vurub ki, bu da klub rekordudur.

Milli komanda ilə 1972-ci ildə Avropa, bundan iki il sonra isə dünya çempionluğunu qazanan keçmiş hücumçu “Qızıl top” və “Qızıl buts” mükafatlarının da sahibidir. 

Qeyd edək ki, Gerd Müller 15 avqust 2021-ci ildə 75 yaşında vəfat edib.

writer photo
Əlirza Əlirzalı
0