“Liverpul” onu 80 milyona aldı
24.05.2023 - 12:34
“Liverpul” onu 80 milyona aldı

“Liverpul” yayda heyətə yeni futbolçular cəlb edəcək.

Apasport.az saytı xəbər verir ki, Yurgen Kloppun komandası "Brayton"dan Aleksis Makallisterin keçidini həll etmək üzrədir. 

24 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı bütün maddələri razılaşdıran Mersisayd klubu qarşı tərəfə 70 milyon avro ödəyəcək.

2022/23 mövsümündə argentinalı futbolçu 38 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Aleksis ingilis klubuna 2020-ci ildə Argentina təmsilçisi “Boka Xuniors”dan gəlib.

writer photo
Əlirza Əlirzalı
0