“Sportinq” – “Benfika” oyununda hakim ağ vərəqə göstərdi - SƏBƏB
23.01.2023 - 14:35
“Sportinq” – “Benfika” oyununda hakim ağ vərəqə göstərdi - SƏBƏB

Qadın futbol komandaları arasında Portuqaliya kubokunun “Sportinq” – “Benfika” matçında qeyri-adi hadisə yaşanıb. 

Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi cibindən nə sarı, nə qırmızı deyil, ağ vərəqə çıxarıb.

O, bunu hər iki komandanın tibb heyətinə göstərib. Səbəb isə həkimlərin oyunda futbolçunun özünü pis etməsinə təcili yardım göstərməsi olub. Nəticədə oyunçunun həyatı təhlükəsi aradan qaldırılıb. Hakimin bu jesti azarkeşlər və tibb heyəti tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, ağ vərəqə ədalətli oyuna hesablanan bir addımdır. 

writer photo
Əlirza Əlirzalı
0