"Qarabağ"a qələbə qazandıran futbolçu: "İnam olmalıdır"
17.02.2023 - 01:36
"Qarabağ"a qələbə qazandıran futbolçu: "İnam olmalıdır"

“Qarşımızda çətin rəqib vardı və bizi çətin oyun gözlədiyini bilirdik. Qələbə qazandıq. Onu da nəzərə alaq ki, heyətdə dəyişikliklər vardı. Bir çox futbolçular qış fasiləsində komandanı tərk etdilər. Əvəzində yeni oyunçular gəldilər. Amma yenə də qalib gəldik. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.

Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın kabo verdeli futbolçusu Leandru Andradi deyib.

O, Belçikanın "Xent" komandasını Avropa Konfrans Liqasının pley-off mərhələsində 1:0 məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. 23 yaşlı hücumameyilli mərkəz yarımmüdafiəçisi komandaya qələbə qazandıran qolundan danışıb: "Təbii ki, meydana çıxanda hamımızın ağlında qələbə qazanmaq olur. Buna görə də komandaya qələbə qazandırmaq və qol vurmaq üçün hamıda inam olmalıdır. Bizim də hər birimizdə belə bir inam vardı. Belə də davam eləməliyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0