İTV şərhçisi final oyununu Berlindən şərh edəcək
03.07.2024 - 14:49
İTV şərhçisi final oyununu Berlindən şərh edəcək

Almaniyada keçirilən AÇ-2024-ün final oyununu azərbaycanlı şərhçi birbaşa stadiondan şərh edəcək.

Apasport.az xəbər verir ki, bu barədə İTV-nin əməkdaşı, telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, Avropa çempionunun müəyyənləşəcəyi Berlin şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək final oyununu tanınmış idman şərhçimiz Tural Dadaşov yerindən şərh edəcək. Həlledici oyunun başlamasına dəqiqələr qalmış Kənan Hakimov və Elnur Əliyev isə İTV meydanın kənarından canlı yayıma qoşularaq eksklüziv məlumatları çatdıracaqlar

Qeyd edək ki, AÇ-2024-ün finalı iyulun 14-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0