Tottinin “Roma” arzusu
03.11.2023 - 16:18
Tottinin “Roma” arzusu

"Roma"nın əfsanəsi Françesko Totti sabiq komandasına qayıtmaq istəyir.

Apasport.az xəbər verir ki, bunu futbol veteranının özü açıqlayıb.

O, “canavarlar”ın baş məşqçisi Joze Mourinyo ilə bağlı danışıb: "Roma"ya qayıtmaq istərdim. Mourinyo ilə işləmək əla olardı – o bir nömrədir, ona çox hörmət edirəm. “Roma”da bilirlər ki, lazım gələrsə, kömək əlini uzatmağa şad olaram. Hər şey üçün darıxıram. Mən onilliklər boyu həyatımı təyin edən klub üçün darıxıram". 

Qeyd edək ki, Totti 1992-2017-ci illərdə "Roma"da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0