"Brayton"un keçmiş müdafiəçisi Enok Mvepu infarkt keçirərək Zambiyada xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, Mvepu bu gün səhər avtomobili idarə edərkən özünü pis hiss edib. O, maşını saxlamağa müvəffəq olub, bundan sonra maşından düşüb və yerə yıxılıb.
Qeyd edək ki, Mvepu "Brayton"un ən perspektivli oyunçularından biri hesab olunurdu. Lakin ötən ilin 10 oktyabrında, 24 yaşında irsi ürək xəstəliyinə görə karyerasını bitirmək məcburiyyətində qalıb. Dekabrın 30-da isə "Brayton" onun yanvardan klubun U-9 komandasını çalışdıracağını açıqlayıb.
Qeyd edək ki, zambiyalı Enok Mvepu 2018-2021-ci illərdə "Zalsburq"da çıxış edib. O, komandanın heyətində 119 matçda 18 qol vurub, 20 məhsuldar ötürmə edib.