Mbappeyə son təklif
16.10.2023 - 17:09
Mbappeyə son təklif

PSJ futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edəcək.

Apasport.az xəbər verir ki, Fransa klubu hücumçuya son şərtlərini irəli sürəcək.

24 yaşlı fransalıya son təklif müqavilənin 2025-ci ilədək uzadılması olacaq. Anlaşmada Mbappenin gələn yay müəyyən məbləğə transfer olunmaqla bağlı bənd də yer alacaq.

Qeyd edək ki, Kilianın hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, cari mövsümün 9 oyununda 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0