Vialli xərçəngə görə istefa verdi
14.12.2022 - 22:19
Vialli xərçəngə görə istefa verdi

Futbol üzrə İtaliya millisinin koordinatoru Canluka Vialli səhhəti ilə əlaqədar vəzifəsindən ayrılacağını açıqlayıb.

Apasport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis mədəaltı vəzi xərçənginə görə müalicəsinə diqqət yetirəcək.

"Çelsi" və "Yuventus"un sabiq hücumçusu İtaliya Futbol Federasiyasına verdiyi açıqlamada bu barədə danışıb: "Mənim gözəl onkoloq komandamla uzun və çətin "danışıqların" sonunda qərara gəldim ki, işimi dayandırım. Ümid edirəm ki, bu müvəqqəti olacaq".

Qeyd edək ki, Canluka Vialli 2020-ci ilin aprel ayında kimyaterapiya kursundan sonra xərçəngə qalib gəldiyini açıqlamışdı.

writer photo
Əlirza Əlirzalı
0