Polşalı qapıçı Voyçex Şesni La Liqa təmsilçilərindən "Barselona" ilə anlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qolkiperin klubla müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə tutulub.
34 yaşlı futbolçu daha əvvəl karyerasını başa vurduğunu açıqlasa da, "Barselona"nın marağı fonunda futbola qayıtmaq istədiyini bildirmişdi.
Onun əvvəlki klubu 2017-ci ildən çıxış etdiyi İtaliyanın “Yuventus” klubu olub.
Bundan əlavə, futbolçu karyerası boyunca İtaliyanın “Roma”, İngiltərənin "Brentford" və “Arsenal” klublarında çıxış edib.
O, “Yuventus”la üçqat İtaliya çempionu olub (2017/2018, 2018/2019, 2019/2020).