“Barselona”da 400 milyonluq futbolçu
19.07.2023 - 11:43
“Barselona”da 400 milyonluq futbolçu

“Jirona”nın futbolçusu Oriol Romeunun “Barselona”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubu açıqlayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onun anlaşmasında sərbəstqalma məbləği 400 milyon avro göstərilib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Romeu karyerası ərzində “Valensiya”, “Ştutqart”, “Sauthempton”, “Çelsi”də forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0