Millidə argentinalı məşqçi
12.05.2023 - 13:50
Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyasının İcraiyyə Komitəsinin üzvü Xorxe Kasales açıqlayıb.
O bildirib ki, yığmanı Marselo Byelsa çalışdıracaq. 67 yaşlı argentinalı ilə müqavilə imzalanmasa da, tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Byelsanın son iş yeri “Lids” olub. Mütəxəssis 2018-22-ci illərdə Argentina klubuna rəhbərlik edib.
0
0