Belarus - Azərbaycan oyununa isveçli hakim
03.06.2022 - 12:24
Belarus - Azərbaycan oyununa isveçli hakim

Belarus - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçı İsveçdən olan ədalət təmsilçiləri idarə edəcək.

İyunun 6-da Serbiyada keçiriləcək qarşılaşmanın baş hakimi Məhəmməd əl-Hakim olacaq. Baş hakimin köməkçiləri kimi Fredrik Kliver və Markus Lundqren Klitte təyinat alıb. Dördüncü hakim funksiyasını Qranit Maqedonçi yerinə yetirəcək.

Qeyd edək ki, Novi Sadda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0