Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, iyunun 29-da bir gün əvvəlki kimi 11 medal dəsti sahibini tapacaq.
Bununla da oynanılan medal dəstlərinin sayı 188-ə çatacaq. Avropa Oyunlarının doqquzuncu günündə tamaşaçılar 10 növdə mübarizəyə şahid olacaq.
Kamandan oxatmada yarışlara yekun vurulacaq. Bu növdən başqa, qılıncoynatma, teqbal, atıcılıq, dağdan tramplinlə tullanma və müasir beşnövçülükdə medal dəstləri sahibini tapacaq. Həmçinin, start götürəcək kanoe-slalomda ilk qaliblər bəlli olacaq.
Çimərlik futbolu, stolüstü tennis və badmintonda yarışlar davam edəcək. Boks və triatlonda istirahət veriləcək.
Azərbaycan idmançıları bu növlərdən çimərlik futbolu, atcılıq və badmintonda qüvvəsini sınayacaq.
29 iyun
Atıcılıq
11:00. Kişilər, tapança, 25 m, təsnifat mərhələsi
Ruslan Lunyov
11:00. Qadınlar, trap, təsnifat mərhələsi
Ülviyyə Eyvazova, Aydan Camalova
Çimərlik futbolu
A qrupu, III tur
18:00. İspaniya - Azərbaycan
Badminton
13:00. Kişilər, fərdi yarışlar, 1/8 final
Edi Reski Dviçayo
13:00. Qadınlar, fərdi yarışlar, 1/8 final
Keyşa Fatimə Zəhra