“Qarabağ”dan ÜSTÜNLÜK
29.12.2022 - 17:44
“Qarabağ”dan ÜSTÜNLÜK

Milis Premyer Liqasının ilk yarısında 16 böyükhesablı qələbə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, ən çox darmadağına “Qarabağ” imza atıb.

Son çempion və hazırkı lider görüşlərinin 1/3-də rəqiblərini üç və ya daha çox top fərqilə üstələyib. Qurban Qurbanovun yetirmələri 6 görüşdə böyük hesabla qalib gəlib.

“Neftçi”nin 4, “Sabah”ın 3 belə uğuru var. Daha üç komanda hərəyə bir dəfə darmadağına sevinib. “Turan Tovuz, “Zirə”, “Sumqayıt” və “Şamaxı” bunu bacarmayıb.

“Kəpəz” hamıdan çox – 4 dəfə darmadağına məruz qalıb. “Qarabağ”, “Sabah” və “Qəbələ”yə bu aqibəti yaşadan olmayıb.

Böyükhesablı qələbələr
1. “Qarabağ” - 6
2. “Neftçi” – 4
3. “Sabah” – 3
4-6. “Kəpəz” – 1
“Qəbələ” – 1
“Səbail” – 1

Böyükhesablı məğlubiyyətlər
1. “Kəpəz” – 4
2-3. “Şamaxı” – 3
“Sumqayıt” – 3
4-5. “Səbail” – 2
“Zirə” - 2
6-7. “Neftçi” – 1
“Turan Tovuz” – 1
 

writer photo
Əlirza Əlirzalı
0