XXI əsrdə il ərzində bütün yarışlarda ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya ingiltərəli Ceyms Tavernier və estoniyalı İqor Morozov başçılıq edir.
Tavernier ötən həftə “Reyncers”in heyətində “Sent-Mirren”lə matçda fərqlənərək, 2022-ci ildəki ümumi qol sayını 18-ə yüksəldib. Bununla o, əsrin ən məhsuldar müdafiəçisi olan Morozovun rekordunu təkrarlayıb. Estoniyalı mərkəz müdafiəçisi 2012-ci ildə hazırkı klubu “Levadiya”da olarkən rəqib qapılarına 18 dəfə yol tapmışdı.
Sadəcə, Tavernier daha çox beynəlxalq matç keçirdiyindən, ilk pillədə onun adı qeyd olunub. Maraqlıdır ki, o, 2020-ci ildə də 17 qolla yadda qalıb.
Yer |
Futbolçu |
İl |
Klubu |
Ölkəsi |
Qol |
1 |
Ceyms Tavernier |
2022 |
“Reyncers” |
İngiltərə |
18 |
2 |
İqor Morozov |
2012 |
“Levadiya” |
Estoniya |
18 |
3 |
Yan Hart |
2001 |
“Lids” |
İrlandiya |
17 |
4 |
Nikolya Sançes |
2019 |
“Monterrey” |
Argentina |
17 |
|
Ceyms Tavernier |
2020 |
“Reyncers” |
İngiltərə |
17 |
6 |
Keylor Soto |
2019 |
“Perez Zeledon” |
Kosta Rika |
16 |