"İnter" hücumçusu ilə müqavilə müddətini uzadıb
12.08.2024 - 19:49
"İnter" hücumçusu ilə müqavilə müddətini uzadıb

İtaliyanın "İnter" klubu ulduzu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, Lautaro Martinez növbəti 5 ildə də Milan təmsilçisinin şərəfini qoruyacaq.

Lautaro klubu ilə 2 dəfə Seriya A, 2 İtaliya Kuboku, 3 dəfə İtaliya Superkubokunun qalibi olub.

Qeyd edək ki, argentinalı hücumçu italyanların heyətində 282 oyuna çıxıb, 129 qol, 43 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0