"Arsenal" derbidə qalib gəldi, "Yunayted" evdə xal itirdi
12.03.2023 - 19:55
"Arsenal" derbidə qalib gəldi, "Yunayted" evdə xal itirdi

İngiltərə Premyer Liqasında XXVII turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, lider "Arsenal" derbidə ilk hissədə vurduğu qollarla "Fulhem"ə səfərdə qalib gəlib. "Neftçi" və "Qarabağ"ın sabiq baş məşqçisi Ruben Selyesin baş məşqçisi olduğu "Sauthempton" isə "Çelsi"dən sonra "Mançester Yunayted"i büdrədib. Autsayder komanda "Old Traford"da meydan sahiblərinə udumayıb.

İngiltərə Premyer Liqası
XXVII tur

"Fulhem" – "Arsenal" 0:3
"Mançester Yunayted" – "Sauthempton" 0:0
"Vest Hem" – "Aston Vila" 1:1

writer photo
Əlirza Əlirzalı
0