Azərbaycan çempionatına start verilir
06.11.2023 - 11:02
Azərbaycan çempionatına start verilir

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına start veriləcək.

Apasport.az xəbər verir ki, yarışda ilk qarşılaşma bu gün baş tutacaq.

Birinciliyin rəsmi açılış mərasimindən sonra ötən mövsümün çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” klubları üz-üzə gələcəklər. Oyun saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Növbəti matçlar isə noyabrın 7-də Voleybol Mərkəzində baş tutacaq. Həmin gün ilk olaraq saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “UNEC” kollektivləri meydana çıxacaqlar. Günün növbəti görüşü “Gəncə” və “Murov Az Terminal” klubları arasında olacaq. Bu qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, V tur çərçivəsində baş tutacaq bu matçlar mərkəzi oyun olaraq müəyyənləşdirildiyi üçün daha əvvəl keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0