“Beşiktaş”dan 2 milyonluq transfer
15.04.2023 - 17:06
“Beşiktaş”dan 2 milyonluq transfer

“Beşiktaş” daha bir futbolçunun transferini rəsmiləşdirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu İngiltərə “Vest Hem”indən icarəyə götürdüyü Artur Masuakunu birdəfəlik heyətə qatır.

“Qara qartallar” 29 yaşlı cinah oyunçusunun keçidinə görə qarşı tərəfə 2 milyon avro ödəyəcək. Masuaku isə illik 1,3 milyon maaş qarşılığında “Beşiktaş”la 3 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, 2022-ci ildən “Beşiktaş”ın şərəfini qoruyan fransalı futbolçu davam edən mövsümdə 26 oyunda iştirak edərək 2 qol və 4 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0