Kanteyə İtaliyadan iki variant
17.11.2022 - 22:12
Kanteyə İtaliyadan iki variant

“Çelsi”nin futbolçusu Nqolo Kante karyerasını İtaliyada davam etdirməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi A seriyasından aldığı təklifləri nəzərdən keçirəcək.

Kante eyni vaxtda iki klubun hədəfindədir. Həm “İnter”, həm də “Yuventus” onu heyətinə qatmağı planlaşdırır.

Nqolonun müqaviləsi mövsümün sonunda başa çatacaq. O, yayda azad agent kimi klubunu dəyişə biləcək.

Qeyd edək ki, Kante zədə üzündən Fransa yığması ilə DÇ-2022-yə yollanmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0