Bu gün Azərbaycan Basketbol Liqası start götürəcək.
Apasport.az xəbər verir ki, 2023/24 mövsümündə 10 komanda mübarizəyə başlayacaq.
29-cu Azərbaycan çempionatında "Sabah", “NTD-INDIGO” (Xaçmaz)”, "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" qüvvəsini sınayacaq. Dairəvi sistemlə keçiriləcək liqanın oyunları iki dövrədən, yəni 18 turdan ibarət olacaq.
Müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. İlk iki sıranı tutan komandalar birbaşa yarımfinala yüksələcək, digər dörd kollektiv isə 1/4 finalda qüvvəsini sınayacaq. İştirakçılar 1/4 və 1/2 finalda iki, finalda 3 qələbəyə qədər mübarizə aparacaq.
Qeyd edək ki, çempionatın oyunları, "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində də baş tutacaq.