UEFA-dan “Qarabağ”a ödəniş - 10 milyon 644 min avro
02.09.2022 - 16:09
UEFA-dan “Qarabağ”a ödəniş - 10 milyon 644 min avro

UEFA-nın “Qarabağ”a ayırdığı vəsait klubun büdcəsinə köçürülüb.

Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, qitə futbol qurumu Azərbaycan çempionuna 10 milyon 644 min avro ödəyib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Vəsaitin 5 milyonu Çempionlar Liqasının pley-off mərhələsində iştirak edən, lakin qrupa düşə bilmədiyinə görə verilib.

“Qarabağ” Avropa Liqasında iştirak üçün ilkin ödəniş kimi 3 milyon 400 min də qazanıb. Digər 2 milyon 244 min isə klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən hesablanan Avropa Liqasının sıralama əmsalına görə verilib.

Qeyd edək ki, Çempionlar Liqası ilə pley-offda vidalaşan “Qarabağ” Avropa Liqasının qrupunda oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0