"Adana Demirspor" Şahruddinlə bağlı qərarını verib
29.04.2024 - 15:40
"Adana Demirspor" Şahruddinlə bağlı qərarını verib

Türkiyə Superliqa təmsilçisi "Adana Demirspor" Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyevi komandada saxlamaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, Adana təmsilçisi millimizin qapıçısının müqavilə müddətini artırmağı planlaşdırır.

Belə ki, 2025-ci il iyunun 30-da müqaviləsi başa çatacaq Məhəmmədəliyevə yeni 1 illik müqavilə təklif ediləcək.

Azərbaycan millisinin qapıçısı isə seçimi ilə bağlı yayda düşünəcək və yeni mövsümə harada başlayacağına qərar verəcək.

writer photo
Əlirza Əlirzalı
0