Paris-2024: Medal sıralaması
06.09.2024 - 09:55
Paris-2024: Medal sıralaması

Fransanın paytaxtı Parisda Yay Paralimpiya Oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan hazırda 7 medalla 32-ci sıradadır. Ölkənin aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.

Qızıl medalları parataekvondoçu İmaməddin Xəlilov, paratlet Səid Nəcəfzadə və Lamiyə Vəliyeva qazanıb.

Siyahıya Çin (74 qızıl, 55 gümüş, 37 bürünc) başçılıq edir. Böyük Britaniya (36 qızıl, 29 gümüş, 19 bürünc) ikinci, ABŞ (27 qızıl, 33 gümüş, 12 bürünc) üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0