Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi - VİDEO
07.04.2023 - 16:00
Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi  - VİDEO

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.

Apasport.az xəbər verir ki, bu gün keçirilən püşkatmada 10 komanda iştirak edib. 

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, İtaliya, Çexiya, CAR, Serbiya və Fransa yığmaları mübarizə aparacaq. Püşkatmada bu komandalar iki qrupa bölünüb. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya
B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, CAR

Yarışın matçları mayın 1-6-da keçiriləcək. Oyunlar Bakı Tennis Akademiyasında baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0