Modriç qayıtdı
09.12.2023 - 13:09
Modriç qayıtdı

Luka Modriç zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, Madrid “Real”ının 38 yaşlı futbolçusu "Betis"lə oyun üçün heyətə salınıb.

Klıubdan verilən açıqlamada komanda ilə məşqləri bərpa edən xorvatiyalı yarımmüdafiəçinin tam hazır olduğu bildirilib. O, noyabrın 26-dan bəri komandasına kömək edə bilmirdi.

Qeyd edək ki, “Betis” – “Real” matçı Bakı vaxtı ilə saat 19:15-də oynanılacaq.

writer photo
Əlirza Əlirzalı
0