"Milan"ın sabiq futbolçusu qəza törədib
08.05.2024 - 10:13
"Milan"ın sabiq futbolçusu qəza törədib

İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Mbaye Nyanq Empolidə qəza törədib.

Apasport.az xəbər verir ki, Nyanq idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. 

Məlumata görə, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Qəza bazar günü axşam radələrində baş verib.

Qeyd edək ki, bu, seneqallı futbolçunun törətdiyi ilk qəza olmayıb. O, "Milan"da çıxış etdiyi vaxtlarda da belə hadisələrə səbəb olub. 

writer photo
Əlirza Əlirzalı
0