"Fənərbaxça" transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, Joze Mourinyo rəhbərlikdən yarımmüdafiəçi transferi tələb edir.
İstanbul nəhəngi mərakeşli futbolçu Sofian Amrabatla danışıqlara başlayıb. "Fiorentina" forması geyinən 27 yaşlı futbolçunun komandası ilə müqaviləsi gələn yay başa çatacaq.
Ötən mövsümü "Mançester Yunayted"də icarə əsasında keçirən futbolçu meydana çıxdığı 30 oyunda qol və ya məhsuldar ötürməyə imza ata bilməyib.
Qeyd edək ki, Mert Hakan Yandaşla müqaviləni yeniləyən "Fənərbaxça" yarımmüdafiəçilər İsmail Yüksek, Fred və Şimanskinin də komandada qalmasını hədəfləyir.