Navasın da seçimi MLS oldu
27.09.2023 - 16:11
Navasın da seçimi MLS oldu

Daha bir tanınmış futbolçu okeanın o tayına yollanır.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin qapıçısı Keylor Navas MLS klublarının diqqətini çəkib.

Kosta Rika millisinin kapitanı qışda “Neşvill”ə keçməyə yaxındır. Qolkiperin transferi üçün Fransa klubu ilə danışıqlara başlayan amerikalılar ilk görüşdən müsbət nəticə ilə ayrılıblar. 

Qeyd edək ki, “Neşvill” Navasın keçidi qarşılığında Paris klubuna 5 milyon avro ödəyəcək.

writer photo
Əlirza Əlirzalı
0