Vernerlə Jezus “Yuventus”un transfer siyahısında
02.06.2022 - 23:17
Vernerlə Jezus “Yuventus”un transfer siyahısında

“Yuventus”un heyətinə qatmaq istədiyi hücumçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Timo Verner və Qabriel Jezusla maraqlanır.

Turinlilərin əsas hədəfi Alvaro Moratanın transfer hüququna yiyələnməkdir. Lakin “Atletiko” ilə danışıqlarda istədiyinə nail ola bilməyən “Yuventus” onun keçidi üçün maliyyə məsələsində anlaşa bilmir. Madridlilər 35 milyon avro istəyirsə, A seriyası təmsilçisi yalnız 20 milyon verməyə razıdır. Məhz bu üzdən də “Çelsi”dən Vernerin, “Mançester Siti”dən Jezusun transferi gündəmə gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0