Alvares “Barselona”nın transfer siyahısında
01.03.2023 - 13:07
Alvares “Barselona”nın transfer siyahısında

"Barselona" argentinalı hücumçuya “elçi” düşüb. 

Apasport.az saytı xəbər verir ki, ispan klubu "Mançester Siti"dən Xulian Alvaresi heyətə cəlb etməyə çalışır.

23 yaşlı futbolçu La Liqa təmsilçisinin transfer siyahısında yer alıb. Onun meydançaya az çıxdığı üçün komandasını dəyişmək istədiyi bildirilir. “Barselona” da məhz bu narazılıqdan yararlanmaq niyyətindədir. 

Qeyd edək ki, Argentina millisinin də şərəfini qoruyan Alvares 2022-ci ildə “River Pleyt”dən Mançester təmsilçisinə transfer edilib. Hücumçu bu mövsüm 31 oyunda 10 qol və 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0