"Napoli"də birdən-birə 2 itki
19.04.2023 - 00:22
"Napoli"də birdən-birə 2 itki

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Napoli" birdən-birə 2 futbolçusunu itirib.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Luçano Spalletti "Milan"la ev oyununun ilk hissəsində 2 məcburi əvəzetməyə əl atmalı olub.

Sağ cinah hücumçusu Matteo Politano və portuqaliyalı sol cinah müdafiəçisi Mariu Ruy zədələnib. Bu səbəbdən onlar 34-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, İtaliya çempionatının lideri "Napoli" hazırda "Milan"a 0:1 uduzur. Matç belə bitəcəyi halda, "Milan" yarımfinala vəsiqə qazanacaq. 

writer photo
Əlirza Əlirzalı
0