Ronaldonu əvəzləməyə üç namizəd
27.10.2022 - 00:38
Ronaldonu əvəzləməyə üç namizəd

“Mançester Yunayted” qış fasiləsində heyətinə hücumçu qatmağı planlaşdırıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Erik Ten Haq komandadan ayrılacağı gözlənilən Kriştiano Ronaldonun əvəzləyə biləcək oyunçuları müəyyənləşdirib.

O, Mussa Dembele, Patrik Şik və Conatan Deviddən birinin alınmasını arzulayır. Conatan cari mövsümdə “Lill”də 12 matçda 9 qol vurub. “Bayer”də 15 görüşə çıxan Patrikin aktivində 3 qol var. Mussa isə “Lion”dakı 9 matçda 2 dəfə fərqlənib.

Qeyd edək ki, mançesterliləri Ronaldonu qışda pulsuz başqa komandaya buraxmağa hazırdır.
 

writer photo
Əlirza Əlirzalı
0