Lautaro Martines: "Real" əla komandadır, ancaq...”
01.11.2023 - 09:48
Lautaro Martines: "Real" əla komandadır, ancaq...”

"İnter"in hücumçusu Lautaro Martines “Real”a transfer olacağı xəbəri ilə bağlı sualı cavablandırıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı forvard İspaniya klubuna keçmək istəmədiyini açıqlayıb.

O, hazırkı komandasından məmnun olduğunu bildirib: "Aydındır ki, "Real" əla komandadır, ancaq mənim fikrim və ürəyim həmişə "İnter"in yanındadır. Mən burada çox xoşbəxtəm".

Qeyd edək ki, Martinesin Milan klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0