Rəşad Sadıqov: "Pley-off" əvvəlki mərhələlərdən fərqlənir" - Video
21.08.2024 - 20:23
Rəşad Sadıqov: "Pley-off" əvvəlki mərhələlərdən fərqlənir" - Video

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində sabah “Omoniya”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. 

Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq iki aya yaxındır, avrokuboklardayıq. Sabah pley-off mərhələsinin ilk oyununa çıxacağıq. Keyfiyyətli və təcrübəli, Azərbaycan futboluna tanış rəqibdir. “Qarabağ” və “Qəbələ”dən tanış komandadır. Bir neçə yeni transferləri var və bu, komandanın oyununda hiss olunur. Azarkeşləri maraqlı və gərgin oyun gözləyir.

Sabah fiziki, taktiki hazırlıqla yanaşı, psixoloji hazırlıq da önəmlidir. Bu səbəbdən futbolçularla söhbətiniz olubmu?

– Mənim yerimdə kim olsa, işini görəcək, müəyyən danışıqlar aparacaq. Futbolçular da vəziyyəti dərk edir, necə vacib görüş olduğunu bilirlər. Pley-off əvvəlki mərhələlərdən fərqlənir. Bizi ilk olaraq sabahkı 90 dəqiqə maraqlandırır. Şanslarımızı Bakıya saxlamaq istəyirik. İnşallah, cavab görüşündə də yaxşı nəticə ilə mərhələ adlamaq istəyirik.

writer photo
Əlirza Əlirzalı
0