"Mançester Siti" yayda yeni qolkiper transfer edəcək
30.05.2024 - 13:04
"Mançester Siti" yayda yeni qolkiper transfer edəcək

Preymyer Liqa çempionu "Mançester Siti" yayda qapıçı transfer etmək istəyir.

Apasport.az "Bild" nəşrinə istinadla xəbər verir ki, "şəhərlilər"in hədəfində "Verder"in qolkiperi Mixael Tsetterer var.

"Siti" Tsettereri ehtiyat qapıçı kimi transfer etməyi düşünür.

28 yaşlı qolkiper son mövsümdə Bundesliqasa 27 oyuna çıxıb və 6 matçda qapısını qola bağlaya bilib.

writer photo
Əlirza Əlirzalı
0