İkardidən Qalatasaray azarkeşlərinə şad xəbər
21.11.2023 - 11:53
Mauro İkardidən “Qalatasaray” azarkeşlərini sevindirəcək xəbər var.
Apasport.az xəbər verir ki, 30 yaşlı forvard zədəsini tam sağalda bilib.
O, milli komandaların oyununa görə çempionatlara verilən fasiləni həkim nəzarətində keçirib. Təxminən bir aydır zədə səbəbindən oyunlara keyidici iynə ilə çıxan futbolçunun bu problemdən qurtulduğu vurğulanır.
Qeyd edək ki, komandanın əsas qol silahlarından olan İkardi bu mövsüm “Qalatasaray” forması ilə 20 matçda iştirak edərək, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0