Daha bir futbolçu “Çelsi”dən gedir
27.09.2023 - 15:40
Daha bir futbolçu “Çelsi”dən gedir

Daha bir futbolçu “Çelsi”ni tərk etməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, "zadəganlar"ın müdafiəçisi Mark Kukurella klubdakı durumundan narazıdır. 

2022-ci ildən londonluların şərəfini qoruyan 25 yaşlı sol cinah müdafiəçisi qışda komandadan gedəcək. İspan futbolçunun karyerasını vətənində davam etdirmək şansı var. Onun icarə əsasında Madrid “Real”ının formasını geyinəcəyi bildirilir.

Qeyd edək ki, “Çelsi” ilə razılaşması 2028-ci ilin yayında bitəcək Kukurella bu mövsüm cəmi 1 matçda forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0