“Olimpiakos” azarkeşləri yenə gərginlik yaratdı: Bu dəfə futbolçulara qarşı
07.10.2022 - 01:49
“Olimpiakos” azarkeşləri yenə gərginlik yaratdı: Bu dəfə futbolçulara qarşı

Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qarabağ”a böyükhesablı məğlubiyyət (0:3) “Olimpiakos” azarkeşlərini qəzəbləndirib.

Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, “Georgios Karaiskakis” stadionuna toplaşan fanatlar matçın sonlarından etibarən yerli komandaya kəskin narazılıqlarını bildirməyə başlayıb.

“Qarabağ”ın 3-cü qolundan sonra fanatlar “Başqa “Olimpiakos” arzulayırıq”, “Formalarınızı çıxarın, gedin buradan” kimi şüarlar səsləndiriblər. Final fitinin ardından isə arenada azarkeşlər arasında gərginlik yaşanıb, bu isə xaosun yaranmasına yol açıb.

Qeyd edək ki, “Olimpiakos” azarkeşləri matçdan əvvəl də tribunada “Qarabağ” azarkeşlərinə hücum çəkmiş, polislərin müdaxiləsindən sonra sakitləşmişdilər.

writer photo
Əlirza Əlirzalı
0