Şamaxıda sülh, "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB
21.04.2023 - 21:56
Şamaxıda sülh, "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXI tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 matç baş tutub.

Tura bu həftə kubok görüşlərinə çıxmayan komandaların qarşılaşmaları ilə start verilib. Öncə turnir cədvəlinin 2-ci yarısında qərarlaşan “Şamaxı” və “Kəpəz” üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib. Bununla belə, "Kəpəz" digər qərb komandası olan "Turan Tovuz"la xallarını eyniləşdirib.

Günə Bakıda yekun vurulub. “Qarabağ” indiyədək uduzmadığı “Zirə”ni qəbul edib. Ötən tur "Sabah"a məğlub olan Premyer Liqanın lideri bu dəfə 2:0 öndə olduğu "Zirə"ni öz meydanında məğlub edə bilməyib. "Zirə" geridönüş edərək hesabı bərabərləşdirib. Bununla belə, ağdamlılar 1 xal qazanmaqla rəsmən “Neftçi”nin çempionluq şansının üstündən xətt çəkib. Avrokuboklara getmək istəyən "Zirə" isə 4-cü pillədəki "Qəbələ" ilə xallarını bərabərləşdirib.

Qeyd edək ki, tura aprelin 23-də yekun vurulacaq.

Misli Premyer Liqası
XXXI tur
21 aprel (cümə)
16:00. “Şamaxı” – “Kəpəz” - 1:1
Qollar: 
 E.Zamanov, 34 – Şuaybu, 38
Baş hakim: Elçin Məsiyev
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Kəpəz”: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
Şamaxı şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə” - 2:2
Qollar:
Yankoviç, 54. R.Şeydayev, 59 – Keyta, 62. Kulaç, 65
Baş hakim: Kamranbəy Rəhimov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 7. Yassin Benzia, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Azersun Arena”

1

Qarabağ

31

24

6

1

77-20

78

2

Sabah

30

21

5

4

65-23

68

3

Neftçi

30

18

6

6

55-27

60

4

Qəbələ

30

11

9

10

38-37

42

5

Zirə

31

11

9

11

37-42

42

6

Turan Tovuz

30

7

8

15

24-40

29

7

Kəpəz

31

6

11

14

31-53

29

8

Sumqayıt

30

6

7

17

20-56

25

9

Şamaxı

31

4

11

16

25-46

23

10

Səbail

30

5

6

19

23-51

21

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") – 20 qol, Ramil Şeydayev ("Qarabağ") – 18 qol, Coy Lens Mikels ("Sabah") – 17 qol, Emin Mahmudov ("Neftçi") – 15 qol

writer photo
Əlirza Əlirzalı
0