“Yuventus”: O, satılmır
26.09.2022 - 23:27
“Yuventus”: O, satılmır

Duşan Vlahoviç “Yuventus”da qalacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klublarının maraq dairəsində olan serb hücumçu Premyer Liqa təmsilçisinə keçməyəcək.

İtaliya klubu 22 yaşlı futbolçunu satmaq fikrindən uzaqdır. Bu ilin yanvarında “Fiorentina”dan 81,6 milyon avroya alınan forvard yeni klubundakı 29 matçda 13 qola imza atıb.

Qeyd edək ki, “Yuventus” A seriyasının 7 turundan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0