Danilo Diaş: “Qurban Qurbanov onu tapacaq”
12.01.2023 - 10:05
Danilo Diaş: “Qurban Qurbanov onu tapacaq”

"Kadi Borges çox yaxşı futbolçudur. Onun necə futbolçu olduğunu "Qarabağ"da gördük”. 

Bunu apasport.az saytına "Qarabağ"ın sabiq braziliyalı futbolçusu Danilo Diaş deyib. 

O, həmyerlisi Kadi Borgesin Ağdam klubundan ayrılması və "Qarabağ"ın Konfrans Liqasında "Gent"lə görüşdəki şanslarını dəyərləndirib: “Kadinin “Krasnodar”a transfer müsbət qarşılanmalıdır. Hər halda, "Qarabağ" transfer üçün yaxşı gəlir əldə etdi. Qarşıda "Gent"lə matçlar var. Fikrimcə, o, bu oyunlarda komandaya çox kömək olardı. Qurban Qurbanovun bu mövqe üçün yeni oyunçu axtarışında olduğunu düşünürəm. Fikrimcə, baş məşqçi Kadini əvəzləyəcək oyunçu tapacaq. İndiyə qədər nə qədər oyunçu gəlib-getsə də, "Qarabağ"ın sistemi işləyir. Fikrimcə, "Qarabağ" "Gent" səddini keçməyə çalışacaq. Onların çox yaxşı şansı var və bunu bacaracaq".

Qeyd edək ki, Diaş 2014/2015 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib. 

writer photo
Əlirza Əlirzalı
0