"Eyndhoven"in futbolçusu “Neftçi”nin transfer siyahısında
11.06.2023 - 11:01
"Eyndhoven"in futbolçusu “Neftçi”nin transfer siyahısında

“Neftçi”nin transfer siyahısında olan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün xidmətində maraqlıdır.

24 yaşlı yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarını verməyib. Ötən mövsüm şərəfini qoruduğu "Eyndhoven" onunla müqaviləni uzatmaq niyyətindədir.

Lakin Ozan Can aldığı təklifləri nəzərdən keçirməyə üstünlük verib. Onun “Neftçi”yə keçidi reallaşsa, avrokubokların startına qədər komandaya qoşulacaq.

Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Kökçü karyerası ərzində "Bursaspor", "Velveyk", "Giresunspor", "Sabah", "Telstar" klublarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0