Özünü Almaniya millisinə təklif etdi
12.09.2023 - 11:13
Feliks Maqat Almaniya millisinə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, bundestimə baş məşqçi olmaq üçün kifayət qədər təcrübəyə malik olduğunu deyən 70 yaşlı mütəxəssis Almaniya Futbol Assosiasiyasından (DFB) dəvət gözləyir.
O bildirib ki, DFB-nin bu posta namizədə qarşı tələblərinin nə olduğunu bilmirəm: “Güvənsiz komandaları ayağa qaldırmaq və onlara yenidən yaxşı çıxış etmək üçün inam aşılamaq bacarığım var”.
Qeyd edək ki, uğursuz nəticələrdən sonra Hans-Diter Flik millidən ayrıldığını açıqladı.
0
0