Bir vaxtların ulduz namizədi "İmişli"də
20.01.2024 - 20:51
Bir vaxtların ulduz namizədi "İmişli"də

I Liqada mübarizə aparan "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Elşən Abdullayevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Elşən Abdullayevin son klubu "İrəvan" olub. Azərbaycan U-21 milli komandasının sabiq üzvü karyerası ərzində "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə" və "Sabah"da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0