Premyer Liqa klublarının ortaq hədəfi
22.12.2023 - 16:51
Premyer Liqa klublarının ortaq hədəfi

20 yaşlı Ronni Edvards İngiltərə Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, müdafiəçi hazırda Liqa1 təmsilçisi “Peterbro”nun şərəfini qoruyur.

"Çelsi", "Arsenal", "Liverpul", "Tottenhem", "Vest Hem" və "Everton" gənc futbolçunun oyununu diqqətlə izləyir. Hətta bu komandaların skautlarının futbolçu ilə bağlı komandalara müsbət rəy verdiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm 25 matçda iştirak edən Edvards 2 dəfə fərqlənməyi də bacarıb.
 

writer photo
Əlirza Əlirzalı
0